Beyl daha bir Çin klubu ilə danışıq aparır

“Real”ın futbolçusu Qaret Beyl haqda növbəti iddia yayılıb.

Qol.az-ın İspaniyanın “Onda Cero” radiosuna istinadən yaydığı xəbəər görə, Madrid klubundan ayrılacağı gözlənilən uelsli hücumçu yeni bir Çin klubu ilə danışıqlar aparır. Ancaq klubun adı hələlik məlum deyil. 30 yaşlı oyunçunun transferi danışıqları səbəbindən “Audi Kuboku”nda “Tottenhem”lə matç üçün heyətdə yer almadığı bildirilib.

Qeyd edək ki, bundan əvvəl Beylin Çinin “Tsyansu Sunin” klubuna keçidi alınmayıb. Buna “Real”ın  onun üçün tələb etdiyi təzminat məbləği səbəb olub. “Kral klubu”nun prezidenti Florentino Peres 2013-cü ildə “Tottenhem”dən 85 milyon funt-sterlinqə aldıqları futbolçunu həmin məbləğdən ucuz satmaqdan imtina edib.

Share: