Paşinyandan qalmaqallı açıqlama: “5-ci kolon” kimdir?

Paşinyandan qalmaqallı açıqlama: “5-ci kolon” kimdir?

Ermənistan Baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl keçirdiyi mətbuat konfransında verdiyi açıqlama erməni ictimaiyyətində müzakirələrə səbəb olub. O, Ermənistan ordusunda “5-ci kolon”un mövcud olduğunu bildirib.

 

Modern.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu Paşinyanın bu bəyanatını şərh edib.

 

O qeyd edib ki, Ermənistan ordusunda “5-ci kolon” nə ABŞ-a, nə də hansısa Avropa ölkəsinə aiddir. Politoloqun sözlərinə görə, Paşinyan “orduda 5-ci kolon var” dedikdə birmənalı şəkildə Rusiyanın agentura şəbəkəsini və bu şəbəkəyə bağlı erməni generalları nəzərdə tutub.

 

“Nikol Paşinyan “5-ci kolon” ifadəsiylə özünü gələcək məğlubiyyətlərdən sığortalamaq istəyir. Yəni demək istəyir ki, “mən Azərbaycana qarşı bacardığım qədər müqavimət göstərirəm, ordu bacarıqsızdırsa bu mənlik deyil”. Paşinyan anlayır ki, Azərbaycan Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaradacaq və Ermənistan ordusu bunun qarşısını ala bilməyəcək. Paşinyanın Rusiyaya ümidi yoxdur, ancaq Qərbdən də istədiyi təhlükəsizlik təminatını ala bilməyib. ABŞ, Avropa İttifaqı və ya Fransa Azərbaycanı durdura bilməyəcək”, – deyə Elxan Şahinoğlu bildirib.

Mənbə

Share: