
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 14 mayda keçiriləcək seçkilərdə qələbə qazanarsa, iqtisadi siyasəti ölkənin sabiq baş nazir müavini və maliyyə naziri Mehmet Şimşekə tapşıra bilər.
Modern.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrinə istinadən yazıb.
Qeyd olunub ki, Şimşek beynəlxalq maliyyə çevrələrində çox nüfuzlu və sayılıb-seçilən fiqurlardandır. Məlumata görə, Ərdoğanın seçki platforması iqtidarın son vaxtlar həyata keçirdiyi “Yeni İqtisadiyyat Modeli” adlanan xətdən fərqlənəcək və hakim partiyanın daha əvvəl yürütdüyü, ümumi qəbul edilmiş siyasətə söykənəcək.
Həmçinin vurğulanıb ki, budəfəki seçkilərdə AKP-nin vədləri partiyanın hakimiyyətə gəldiyi 2002-ci ildəki seçkilərdə elan etdiyi platformaya daha çox uyğundur. Seçki platfoması üzərində son tamamlanma işlərinin görüldüyü bildirilib.
“Türkiyənin seçkidən sonrakı iqtisadi siyasəti azad bazar iqtisadiyyatının prinsipləri ilə həyata keçiriləcək”, – deyə materialda qeyd edilib.