Çavuşoğlu sabah Misirə gedir

Çavuşoğlu sabah Misirə gedir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu martın 18-də Misirə rəsmi səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, səfər Misirin xarici işlər naziri Sami Şükrinin dəvətinə cavab olaraq həyata keçiriləcək. Səfər zamanı ikitərəfli əlaqələr, regional və beynəlxalq mövzularda fikir mübadiləsi aparılacaq.

 

Qeyd edək ki, Misirin xarici işlər naziri Sami Şükri bu yaxınlarda Türkiyəyə səfər edib. O, 2013-cü ilin yayından sonra Türkiyəyə səfər edən ilk yüksək vəzifəli Misir rəsmisi olub və Adanada Çavuşoğlu ilə görüşüb.

Mənbə

Share: