Almaniyalı professorun ermənilər əleyinə yazısı

Almaniyalı professorun ermənilər əleyinə yazısı

Bu yaxınlarda şəxsi arxivimi araşdırarkən oradan bir neçə il əvvəl Almaniya arxivlərindən gətirdiyim “Qurtuluış” jurnalındakı bir yazı diqqətimi cəlb etdi. Bu yazının müəllifi Almaniyanın tanınmış tədqiqatçısı,professor Yothard Yaşke  idi (Y.Yaşke (1894-1983), tanınmış alman türkoloqu,professoru,linqvist və diplomatıdır. Almaniyanın Ankaradakı Böyükelçiliyində  və İzmir konsulluğunda çalışıb.Almaniya Xarici İşlər Nazirliyində Şərq Şöbəsində  işləyib.Berlin Universitetinin Şərq İnstitutunda türk dili və ədəbiyyatından dərs deyib.M.Ə.Rəsulzadə ilə yaxın dostluq münasibətində olub).

 

Qeyd edim ki,  professor Y.Yaşkenin  məqaləsi çap olunan “Qurtuluş” jurnalı 1934-1939-cu illərdə Berlində M.Ə.Rəsulzadənin redaktorluğu ilə yayınlanıb.

 

Y.Yaşkenin  yazısında diqqətimi cəlb edən məqam  dərindən araşdırma apararaq erməni yalanlarını təkzib etməsidir. Yəni o, əslində tarixi faktlara istinad edib fikir yazmaq bacarığı ilə yanaşı, ermənilərə məxsus olan “yalan, saxtakarlıq”  təqdimatlarını, auditoriyanı çaşdırmaq, olmayan hadisəni “erməniləşdirilib” ictimaiyyəti aldatmaq cəhdlərini hiss edir, anlayır və onları konkret faktlar qarşısında susmağa məcbur edir.

 

Məlum olur ki,  cənab Yaşkenin  Berlində azərbaycanlı mühacirlərin çap etdiyi  “İstiqlal” qəzetinin  1934-cü ildə  nəşr olunan   65-ci sayındakı “Ağ və qırmızı ruslar Ermənistanı xilas etdimi?” məqaləsinə “Masis” məcmuəsində cavab verən erməni yazarı əsaslı faktlar təqdim edə bilməmişdir.

 

Cənab Yaşkenin “Qurtuluş” jurnalındakı bu yazısı ermənilərin Londonda  nəşr edilən “Masis” məcmuəsindəki (c.6,N 6(53)) bir yazıya cavabdır.Maraqlıdır ki, jurnaldakı yazı müəllifsizdir.Cənab Y.Yaşke bu cavabını sərt olaraq əslində  müəlifsiz yazıya yox, bütün erməni alimlərinə yönəldib.

 

Erməni  məcmuəsini narahat edən isə alman professorun aşağıdakı fikirləridir:”Ermənistan tarixi böyük bir faciədən ibarətdir.Bu talesiz millət nicat və xilasını daima  xarici dövlətlərdən gözləmiş, halbuki bu dövlətlər  hər zaman erməniləri  öz imperialist  planları üçün istifadə etmişlər”.

 

Erməni mətbuatı  buna cavab olaraq yazır:”Hər şeydən əvvəl professora söyləməliyəm ki, onun müqəddimədə yazdığı bu sözlər tamamilə yanlış və hər hansı tarixi bir həqiqətdən  mücərrətdir.Ermənilərin 1878-ci ilə qədər  Azərbaycan, Gürcüstan və yaxud Avropanın hər hansı  bir ölkəsindən talesiz olmamışdır”.

 

Y.Yaşke yazır ki, erməni mətbuatının bu fikirlərini oxuyarkən onlara 1913-cü ildə Marsel  Leartın  Parisdə  nəşr edilmiş  “Vəsiqələr işığında erməni məsələsi” əsərini oxumağı məsləhət bilirəm.

 

Cənab Y.Yaşke  ilk öncə ermənilərin XIX əsrin sonlarından başlayaraq fransızlar tərəfindən  və 1877-1878-ci illərdəki Rusiya- Türkiyə müharibəsindən sonra Rusiya dövləti tərəfindən himayə olunduqları faktını açıqlayır.Türkiyə ilə münasibətlərində onların həmin bölgədə bir zamanlar törətdiyi cinayətlərə diqqəti yönəldir,  “Zeytun” üsyanındakı təxribatlarını xüsusi qeyd edir.

 

Sonra müəllif  yazıda Cənubi Qafqazda Azərbaycan, Gürcüstan bölgələri ilə yanaşı Ermənistan sözünün işlədilməsinə etiraz edir və o dövrdə belə bir dövlətin olmadığnı yazır.

 

Müəllif yenə yazıdakı erməni yalanlarını təkzib edir, yazır ki, “Azərbaycan və Gürcüstan Rusiya bolşeviklərinə qarşı müqavimət göstərməyiblər,onlar müqavimət göstərsəydi Ermənistan işğal edilməzdi”  ifadəsi yanlışdır.Hər iki ölkənin mücahidləri müqavimət göstərib və sonrakı sovet rejiminə qarşı olan üsyanlar da bunu sübut edir.Müəllif  yazır ki, bu fakt əsassızdır, çünki Ermənıstan işğal ediləndə hələ Gürcüstan müstəqilliyini qoruyub saxlayırdı.

 

Alman alimi ermənilərin “pozuculuq” fəaliyyətini pisləyir və qeyd edir ki, bu yaxınlarda onlar növbəti dağıdıcılıq işlərini davam etdirdilər, tarixi bir sənədə imza atmadılar.Belə ki, 1934-cü ilin iyulunda Belçikanın mərkəzi Brüsseldə Qafqaz Konfederasiya sazişi imzalandı.Azərbaycan və Gürcüstan təmsilçilərini bu sazişi imzalasa Ermənistan tədbirə qatılmadı.Bu günə qədər də onların imzalaması üçün sənəddə qeyd  və imza yeri saxlanılır.Lakin ermənilər Qafqaz xalqlarının birliyinin təcəssümü olan bu ciddi əhəmiyyətli sənədə imza atmırlar və yaranmaqda olan birli pozmağa, dağıtmağa çalışırlar.

 

Almaniyalı professor yazısını belə maraqlı fikirlə yekunlaşdırır: “Ermənistan fəlakətinin əsil səbəbi Türkiyə ilə  lüzumsuz və ümidsiz  savaşa girmək  yerinə  həm bu, həm də digər  qonşuları ilə dostluq aramamaqdan irəli gəlmirmi?”

 

Mənbə

Share: