
Martın 20-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada görüş keçirəcək.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan məlumat yayıb.
Görüş zamanı Avropa İttifaqı (Aİ) missiyasının Azərbaycan-Ermənistan sərhədində yerləşdirilməsi və digər məsələlər müzakirə olunacaq.
“Biz hamımız bilirik ki, Rusiya Aİ missiyasına həssas yanaşır, biz bu məsələni tərəfdaşlarımızla müzakirə edirik. Bilirsiniz ki, yaxın vaxtlarda XİN rəhbərinin Moskvaya səfəri planlaşdırılır və bu məsələ mütləq müzakirə olunacaq”,- deyə o bildirib.