
İndoneziya sahillərində güclü zəlzələ baş verib.
Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq Dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.
Bildirilir ki, zəlzələnin ocağı 58 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və insan tələfatının olub-olmaması məlum deyil.