BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Bazar ertəsi , Oktyabr 21 2019

Aİ-dən Azərbaycanla bağlı yeni layihə


Avropa İttifaqı (Aİ) 2011-ci ildən Azərbaycanda kənd təsərrüfatı sektorunun və kənd yerlərinin inkişafına 17 milyon avro kredit ayırıb. Bura qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sahələri aiddir.

Report xəbər verir ki, bunu Aİ-nın Azərbaycandakı nümayəndəliyinin müşavir-elçisi və əməkdaşlıq şöbəsinin müdiri Simona Qatti deyib.

O, gələn aydan yeni layihənin icrasına başlamaq niyyətində olduqlarını da qeyd edib: “Aİ-nin əsas məqsədlərindın biri regionların inkişafı ilə bağlıdır. Bu baxımdan sentyabrdan 13 milyon avroluq yeni layihənin icrasına başlayacağıq. Üçillik layihə ilk dəfə olaraq həyata keçirilir və pilot rayon olaraq Lənkəran seçilib”.

“Layihə çərçivəsində yerli sahibkarlara qrantlar veriləcək. Bunun nəticəsində meyvə və tərəvəz ixracında artım olacaq. Hazırda layihənin məbləği və müddəti bəlli olsa da, necə həyata keçiriləcəyi ilə bağlı müzakirələr gedir”, – o əlavə edib.