Geyinilə bilən ilk kondisioner

Sony isti yay günlərində sərinləmək üçün yeni məhsul təqdim edib..

Yapon şirkətinin yeni məhsulu, geyimlərin yaxa hissəsinə yerləşdirildiyi zaman bədən temperaturunu azaltmaq və ya artırmaq üçün istifadə ediləcək.

Milletinsesi.az chip.az-a istinadən bildirir ki, xüsusilə bu isti yay günlərində insanlar tez-tez havanın nə qədər isti olduğundan şikayətlənirlər. Sony-nin bu vəziyyətə mane olmaq üçün çıxardığı yeni bir cihaz olduqca maraqlıdır. Sony-nin yeni məhsulu paltarların içinə yerləşəcək qədər kiçik olacaq.

Kənardan görünməyəcək “The Reon Pocket” adlı cihaz istifadə edən adamın boyun hissəsinə yerləşdiriləcək və peltier termoelektrik təsirindən də istifadə edəcək.

Peltier təsiri aralarında istilik fərqi olan və istilik transferi meydana gələn iki səthin elektrik bir gərginlik qüvvə istehsal etməsilə yaranır. Bir elektrik cərəyanı yaratmaları üçün birləşdirilən keçiricilərə voltaj tətbiq olunur. İki keçirici əlaqələrindən axan cərəyan bir tərəfdə zaman istiliyi uzaqlaşdırır və soyutma həyata keçirilir.

Digər tərəfdə isə istilik toplanılır və temperatur artımı meydana gəlir. Bu səbəbdən Sony-nin geyinilə bilən kondisioneri, əslində soyuq qış günlərindən istiliyi artırmaq üçün də istifadə ediləcək. Videonu link vasitəsi ilə izləyə bilərsiniz:

Qeyd edək ki, kondisionerin batareyası 24 saat istifadəyə malikdir. Yəni günün ortasında cihazı doldurma problemi olmayacaq. Batareya doldurmaq üçün USB-C bir kabellə 2 saat ərzində doldurmaq olacaq.

The Reon Pocket  2020-ci ilin mart ayında bazara təqdim ediləcək. Lakin hələ ki, yalnız Yaponiyada satılacaq.

Share: