
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın şimalında əməliyyat keçirib.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının Hələb və Tel Rıfat bölgələrində maliyyə işlərinə baxan terrorçusu Mehmet Yıldırımı zərərsizləşdirib.
Bundan sonra da oxşar əməliyyatların davam etdiriləcəyi qətiyyətlə vurğulanıb.