
Rusiya Ukraynanın işğal etdiyi ərazilərinə həkim və müəllimlərin yeni partiyasını gətirməyi planlaşdırır
Rusiya işğalçıları Ukraynanın işğal etdiyi Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinə həkim və müəllimlərin yeni partiyasını gətirməyi planlaşdırır.
Moderator.az xəbər verir ki, bu barədə “unian.net” nəşri yazıb.
Söhbət 250 nəfərdən gedir, onlardan 125 nəfərini həkimlər və 125 nəfərini tibb bacıları təşkil edir.
Düşmən həmçinin Xerson vilayətinə pedaqoqları göndərməyi planlaşdırır, çünki yerli işğalçı hakimiyyət müəllimlərin çatışmazlığından şikayət edib”, – bu barədə milli müqavimət Mərkəzi məlumat verib.
Qeyd edilir ki, bu, yerli əhali tərəfindən işğalçılara “dəstəyin” səviyyəsini çox yaxşı nümayiş etdirir.
Əhalinin əksəriyyətinin regionu tərk etdikdən sonra burada xəstəxana və məktəblərin sayı azalıb.
Lakin düşmənlə əməkdaşlıq edən personal yenə də azlıq edir.
Ukraynanın işğal edilmiş ərazilərindəki vəziyyət
Zaporojye vilayətinin müvəqqəti işğal edilmiş hissəsində rusiyalı işğalçılar məktəbi zəbt edərək onu səhra hospitalına çevirib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı qeyd edib ki, işğalçılar bununla yaralı hərbçilərin sıraya qayıtmaq müddətini qısaltmağa cəhd edir.
Bundan başqa, rusiyalılar zəbt edilən ərazilərdə talançılıqla məşğul olmaqda davam edir.
Belə ki, Xerson vilayətində düşmən mülki sakinlərin qoşquları, qayıqları və maşınlarını oğurlayır.