Hərbi helikopter qəzaya uğradı – Sağ çıxan olmadı

Hərbi helikopter qəzaya uğradı – Sağ çıxan olmadı

Kolumbiyanın qərbində hərbi helikopter qəzaya uğrayıb, nəticədə 4 əsgər həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə ölkə prezidenti Qustavo Petro bildirib.

 

“Təəssüf edirəm ki, Quibdo təyyarəsinin qəzasından sağ qalan yoxdur. Bu faciəvi anda kapitan Hektor Xeres, leytenant Julieta Qarsia, serjantlar Con Orozko və Ruben Legizamonun ailələrinə dəstəyimi bildirirəm”, – o “Twitter”də yazıb.

 

Petronun sözlərinə görə, ekipaj “təchizat tapşırıqlarını” yerinə yetirib. Hadisənin səbəbləri hələ müəyyən edilməyib. Araşdırma aparılır.

Mənbə

Share: