
Türkiyə müxalifətinin “Millət İttifaqı”nın prezidentliyə vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kemal Kılıçdaroğlu bu gün Xalqların Demokratik Partiyasının (HDP) həmsədrləri Mithat Sancar və Pervin Buldanla görüşəcək.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş Türkiyə Böyük Millət Məclisində (TBMM) baş tutacaq.
Seçkilər və siyasi proseslə bağlı müzakirələrin aparılması gözlənilir. Görüşdən sonra mətbuat konfransının keçiriləcəyi bildirilib.
Qeyd edək ki, bundan əvvəl Kılıçdaroğlunun namizədliyi açıqlanarkən, HDP onu təbrik etmiş və məsələ ilə bağlı müzakirələr üçün partiya qərargahına dəvət etmişdi. Kılıçdaroğlu təklifi qəbul etmişdi və görüşün 18 martda baş tutacağı elan edilmişdi. Sonradan sözügedən görüşün təxirə salınması barədə məlumat açıqlandı.