
Ukrayna Təhlükəsizlik Xidməti Kommunist Partiyasının yeraltı hücrələrinin aşkarlanaraq ləğv olunduğunu elan edib.
Modern.az “Strana” nəşrinə istinadən xəbər verir ki, kommunistlər gizli şəkildə paytaxt Kiyevdə və regionlarda – Xarkov, Lvov, Dnepropetrovsk, Zaporojye, Vinnitsa və Çerniqovda fəaliyyət göstəriblər.
Məlumata görə, onlar yeraltı regional komitələr yaradıb və Rusiya işğalını kütləvi şəkildə dəstəkləməyə çağırmaq, kəşfiyyat məlumatları toplamaq kimi işlər görməyə çalışıb.
Təşkilatçılardan Rusiya pasportları, silah və sursatlar müsadirə edilib.