Görüş Rusiyanın xahişi ilə təxirə salınıb

Görüş Rusiyanın xahişi ilə təxirə salınıb

Suriya üzrə Xarici İşlər Nazirliyinin nümayəndələrinin dördtərəfli görüşü Rusiyanın tələbi ilə təxirə salınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

 

“Rusiya tərəfi hazırlıqları tamamlamadığını bizə bildirərək, görüşü təxirə salmağı təklif etdi. Başqa tarixdə görüşün olması ilə bağlı təkliflə razılaşdıq”, – deyə nazir vurğulayıb.

 

Qeyd edək ki, mart ayında Moskvada İran, Rusiya, Suriya və Türkiyə xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüş planlaşdırılırdı. Görüşdə məqsəd Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılmasına dair nazirlər görüşünün hazırlanmasının müzakirəsi olacaqdı. Lakin sonradan görüşün təxirə salınmasına qərar verildi.

Mənbə

Share: