
“Ukraynanın yalnız bir əks-hücum cəhdi olacaq”.
Modern.az xəbər verir ki, bunu Çexiya prezidenti Petr Pavel “Rzeczpospolita”ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, Qərbin Ukrayna ordusunun cəbhədə yeni iri əməliyyatları üçün kifayət qədər resursu olmaya bilər.
“Bir çox ölkələr, bir çox siyasətçilər bu ilə müəyyən irəliləyiş gözləyirlər. İnanıram ki, Ukraynanın böyük əks-hücum əməliyyatına başlamaq üçün yalnız bir cəhdi olacaq. Ona görə də, əgər onlar bunu başlamaq qərarına gəlsələr və bu, uğursuzluğa düçar olsa, bunun üçün vəsait əldə etmək olduqca çətin olacaq”, – Pavel deyib.