Qaribaşvili Gürcüstan azərbaycanlılarını TƏBRİK ETDİ

Qaribaşvili Gürcüstan azərbaycanlılarını TƏBRİK ETDİ

Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu ölkədə kompakt yaşayan azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib.

 

Modern.az “Sputnik Georgia”ya istinadən xəbər verir ki, o, Marneuliyə səfəri zamanı bu barədə danışıb.

 

“Hər kəsi bu gün münasibətilə təbrik edir, sülh, firavanlıq, daha çox bərəkət, sevinc, sabitlik arzulayıram. Azərbaycanlı həmvətənlərimizə, zəhmətkeş və ziyalı insanlara böyük hörmət və məhəbbətimi bəyan edirəm”, – deyə Gürcüstan baş naziri vurğulayıb.

Mənbə

Share: