
Çin lideri Si Cinpin Rusiya Prezidenti Vladimir Putini Pekinə səfərə dəvət edib.
Modern.az xəbər verir ki, bu barədə Cinpin Rusiya Baş naziri Mixail Mişustinlə görüşündə bildirib.
O, Putini bu il Çinə dəvət etdiyini söyləyib.
Qeyd edək ki, Moskvada səfərdə olan Çin lideri ötən gün Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparıb.
