“Barselona” Koutinyonu sata bilmir

“Barselona” futbolçusu Filip Koutinyonu sata bilmir.

Qol.az-ın İspaniya istinadən yaydığı xəbərə görə, Kataloniya klubu satışa çıxardığı braziliyalı  yarımmüdafiəçi üçün indiyə kimi bir təklif almayıb. Bu səbəbdən “Barsa”nın 27 yaşlı oyunçunun təzminat qiymətinin 145 milyon avrodan 100 milyon avroya düşürməyi planlaşdırdığı vurğulanıb.

Qeyd edək ki, Koutinyo ilə “Çelsi” və “Liverpul”un maraqlandığı iddia olunurdu.

Share: