
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) UEFA Çempionlar Liqası matçlarında ən çox qələbə qolu vurmuş oyunçuların siyahısını açıqlayıb.
Hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Kriştianu Ronaldu birinci pillədə qərarlaşıb.
38 yaşlı portuqaliyalı forvard 15 dəfə qitənin bir nömrəli klub turnirində qələbə qolunun müəllifi olub.
Siyahıda hazırda karyeralarını davam etdirən digər futbolçulardan Kərim Benzema, Alvaro Morata və Lionel Messi də var.
Adı | Ölkəsi | Qələbə qolları | ÇL karyerası | Ümumi qollar | Oyun sayı | |
1 | Kriştianu Ronaldu | Portuqaliya | 15 | 2003-2022 | 140 | 183 |
2 | Filippo İndzagi | İtaliya | 10 | 1997-2012 | 46 | 81 |
3 | Kərim Benzama | Fransa | 8 | 2005- | 89 | 148 |
4 | Rud Van Nistelroy | Niderland | 7 | 1998-2009 | 56 | 73 |
5 | Didye Droqba | Fil Dişi | 7 | 2003-2015 | 44 | 92 |
6 | Tyeri Anri | Fransa | 7 | 1997-2012 | 50 | 112 |
7 | Raul Qonzales | İspaniya | 7 | 1995-2011 | 71 | 142 |
8 | Roy Makay | Niderland | 6 | 2000-2007 | 29 | 61 |
9 | Ernan Krespo | Argentina | 6 | 1997-2007 | 25 | 65 |
10 | Alvaro Morata | İspaniya | 6 | 2012- | 23 | 72 |
11 | Ueyn Runi | İngiltərə | 6 | 2004-2015 | 30 | 85 |
12 | Alessandro Del Pyero | İtaliya | 6 | 1995-2009 | 42 | 89 |
13 | Lionel Messi | Argentina | 6 | 2005- | 129 | 163 |