240 manata görə döyüb təhdid etdi: “Qulağını kəsərəm”

240 manata görə döyüb təhdid etdi: “Qulağını kəsərəm”

Azərbaycanda vətəndaş borca görə döyülüb.

 

Modern.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

 

Belə ki, bir nəfər digər şəxsdən 240 manat borcunun geri qaytarılmasını tələb edib. Pulu verən şəxs borcu qaytara bilməyəni döyərək təhqir edib. Hətta qulağını kəsəcəyini deyib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məsələ ilə bağlı Oxu.Az-a bildirib ki, görüntülərlə bağlı araşdırma aparılır:

 

“Sosial şəbəkələrdə yayılan görüntülərdən xəbərdarıq. Araşdırma aparılır. Əlavə məlumat veriləcək”.

 

Həmin görüntüləri təqdim edirik:

 

Mənbə

Share: