
“Qəribədir, siz, axı, Avropa İttifaqına can atırsınız, Avropaya inteqrasiya etmək istəyirsiniz…”
“Gürcüstanda hakimiyyət Moskva ilə Qərb arasında qalıb, ictimaiyyət isə birmənalı olaraq Avropaya can atır…”
“Timoşenkoya da münasibət mürəkkəb olub, amma Maydan ona kütləvi dəstək verib…”
Gürcüstan hakimiyyətinin sabiq prezident, Ukrayna vətəndaşı Mixail Saakaşviliyə münasibəti Tbilisinin Avropa İttifaqına üzv olmaq niyyəti barədə bəyanatına uyğun deyil.
Moderator.az xəbər verir ki, bu fikri “QORDON” internet nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində rusiyalı hüquqşünas, bloger Mark Feyqin ifadə edib.
“Saakaşvili məsələsi Gürcüstandakı hakimiyyətin Moskvayönümlü mahiyyətini üzə çıxara bilər. Əvvəllər belə görünməyib. Axı, bu, hansısa hüquq müdafiəçilərinin, Dmitri Qordonun və ya daha kimlərinsə tələbi olmayıb. Bu, Saakaşvilinin sağlamlıq vəziyyətindən narahatlığını ifadə edə Avropa İttifaqının tələbi olub…
Yəni, Avropa İttifaqına üzvlüyə namizədlik imkanını qazanmaq üçün 12 və ya 13 şərt var. Amma onlar inadkarlıq edir. Qəribədir, siz, axı, Avropa İttifaqına gedirsiniz, sizə Avropa İttifaqı lazımdır”, – o, deyib.
Hüquqşünas həmçinin Gürcüstan hakimiyyətinin xarici təsir haqqında və xarici agentlər haqqında qanunlar qəbul etmək cəhdinin kütləvi işğtişaşlara səbəb olmasını nonsens adlandırıb.
“Bu da ictimaiyyətlə hakimiyyət arasında sanki ziddiyyətdir…Hakimiyyət, guya ki, Moskva ilə Qərb arasındadır, amma ictimaiyyət birmənalı olaraq, 80 və ya 85 faiz avropalaşmağa, Avropaya inteqrasiyaya tərəfdardır.
Mənə elə gəlir ki, hər halda, bu iki ay yarım, yaxud, ola bilsin ki, üç ay müddətində gürcü xalqının özü Saakaşvilinin taleyini Avropaya inteqrasiya kimi eyni dərəcədə vacib hesab etmir. Yəni o qədər də vacib hesab etmir”, – Feyqin qeyd edib.
O, hesab edir ki, burada Gürcüstan gənclərinin siyasi prioritetləri rol oynayır.
“Kiminsə şəxsi iradları var, kiməsə onun Vahid Milli Hərəkatı xoş gəlmir, gənclik bunlardan uzaqdır…Və vaxtilə Maydanın Timoşenkonun (Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko) azad edilməsi üçün nümayiş etdirdiyi kütləvi dəstək burada yoxdur…
Hərçənd, o, belə böyük polulyarlığa malik olmayıb, ona qarşı da münasibət müxtəlif olub. Lakin hamı anlayıb ki, elə adamlar meydana çıxmalıdır ki, həbsxanada olaraq rəmzə çevrilsin”, – Feyqin izah edıb və bu nəticəyə gəlib:
“Yəni, hər halda, insan haqları var və Saakaşvilinin özünün taleyi var. Və bunlar etirazçı gənclər üçün, nədənsə, hətta Maydan iştirakçılarının mürəkkəb münasibətinə rəğmən, Timoşenkonun taleyinin oynadığı rol qədər həlledici rola malik deyil”, – Feyqin vurğulayıb.