Yevlaxda qadın sürücü maşını aşırdı

Yevlaxda qadın sürücü maşını aşırdı

Yevlax rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Modern.az xəbər verir ki, hadisə Yevlax rayon ərazisində, Xaldan-Mingəçevir yolunda qeydə alınıb.

 

Qadın sürücünün idarəetməni itirərək avtomobili aşırması nəticəsində iki nəfər xəsarət alıb.

 

Yaralılar xəstəxanaya aparılıblar, vəziyyətləri ağır kimi qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Mənbə

Share: