Azərbaycan-Rusiya-Ermənistan görüşü olacaq

Azərbaycan-Rusiya-Ermənistan görüşü olacaq

Yaxın vaxtlarda yüksək ehtimalla Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirinin görüşü baş tutacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan məlumat verib.

 

O qeyd edib ki, martın 20-də Moskvada Sergey Lavrovla görüş zaçanı bu məsələ müzakirə olunub. Mirzoyanın sözlərinə görə, hazırda İrəvanla Bakı arasında dialoq onlayn rejimdə gedir, tərəflər sülh müqaviləsi layihəsi ilə bağlı təkliflər mübadiləsi aparır.

 

Ermənistan XİN başçısı qeyd edib ki, müəyyən mərhələdə üzbəüz görüşlər bərpa olunmalıdır.

Mənbə

Share: