
Türkiyə ordusu hərbi təlimlərə başlayıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, “Anadolu Qartalı-2023/1” adlı təlimdə Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığı iştirak edir.
Təlimlər martın 24-dək davam edəcək. Təyyarələr plana uyğun olaraq, ölkənin 8 müxtəlif bazasından havaya qalxıb və tapşırıqları icra ediblər.