
Əməkdar mədəniyyət işçisi, “SOY Production”un baş direktoru, prodüser Oqtay Əliyevin dəfn yeri dəyişib.
Modern.az APA-ya istinadən xəbər verir ki, o, “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.
Xatırladaq ki, dünən axşam saatlarında Oqtay Əliyevin Mehdiabaddakı ailə qəbiristanlığında dəfn olunacağı deyilmişdi.
Qeyd edək ki, hadisə Saray qəsəbəsi ərazisində 2-ci Kənar Dairəvi Yolun başlanğıcında baş verib. O.Əliyev, həyat yoldaşı Dilarə Əliyeva və Mehriban Zəkinin olduğu avtomobil aşıb. O.Əliyev hadisə yerində dünyasını dəyişib, D.Əliyeva və M.Zəki xəstəxanaya yerləşdirilib.