FHN İsmayıllıda baş verən zəlzələ ilə bağlı məlumat YAYDI

FHN İsmayıllıda baş verən zəlzələ ilə bağlı məlumat YAYDI

Fövqəladə Hallar Nazirliyi İsmayıllı rayonu ərazisində qeydə alınan zəlzələ barədə məlumat yayıb.

 

FHN-dən Modern.az-a verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, 24.03.2023-cü il tarixində saat 11:09-da İsmayıllı seysmik stansiyasından 6 km şimalda İsmayıllı rayonu ərazisində, 9 km dərinlikdə 4,2 maqnituda zəlzələ qeydə alınıb.

 

Zəlzələ epsentrdə 4, ətraf rayonlarda 3 bala qədər hiss olunub. Zəlzələ nəticəsində hər hansı dağıntı və ya tələfat barədə məlumat daxil olmayıb.

Mənbə

Share: