Şabranda qatarla traktor toqquşub, 1 nəfər ölüb

Şabranda qatarla traktor toqquşub, 1 nəfər ölüb

Martın 25-də saat 09:30 radələrində Şabran rayonu Uzunboyad kəndi ərazisində qatarla traktorun toqquşması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, ilkin məlumata görə toqquşma nəticəsində traktor 1978-ci il təvəllüdlü Nemət İsgəndərovun üzərinə aşıb.

O hadisə yerində ölüb.

Araşdırma aparılır.(apa)

Mənbə

Share: