Rusiya Liviyadakı səfirliyini bərpa edir

Rusiya Liviyadakı səfirliyini bərpa edir

Rusiyanın Liviyadakı səfiri Aydar Aqanin yenidən paytaxt Tripoliyə qayıdır.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, Rusiya Liviyada diplomatik missiyasının işini tam bərpa etmək niyyətindədir.

 

Rusiya Federasiyası prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanovun sözlərinə görə, Moskva ölkədəki diplomatik missiyasının təhlükəsizliyini təmin etməyə ümid edir və bu, prioritet olaraq qalır.

 

Qeyd edək ki, bundan əvvəl Boqdanov Liviyanın ikinci böyük şəhəri olan Benqazidə baş konsulluq açmağı planlaşdırdıqlarını bildirmişdi.

Mənbə

Share: