
Türkmənistanın Seçki və Referendum üzrə Mərkəzi Komissiyasının dəvəti ilə Türk Dövlətləri Təşkilatı (TDT) Katibliyinin rəsmilərindən ibarət Beynəlxalq Seçki Müşahidə Missiyası parlament seçkilərini müşahidə edib.
Modern.az xəbər verir ki, bu barədə TDT-nin rəsmi saytında məlumat yayılıb.
Bildirilib ki, missiya seçkilər öncəsi təmasları çərçivəsində Mərkəzi Komissiyanın sədri Gülmurad Muradovla görüşüb, ondan seçkilərə hazırlıq və seçki prosesinin mərhələləri barədə ətraflı məlumat alıb.
Seçki günü nümayəndə heyəti Türkmənistanın Aşqabad və Ahal əyalətlərində 8 seçki məntəqəsində milli seçki qanunvericiliyinə uyğun olaraq keçirilən səsvermə prosesini müşahidə edib. Nümayəndə heyəti Türkmənistanın digər əyalətlərində də seçkiləri müəyyən edilmiş onlayn qaydada izləyib.
Türk Dövlətləri Təşkilatının Beynəlxalq Seçki Müşahidə Missiyasının seçkilərlə bağlı bəyanatının tam mətninə buradan baxmaq olar: //www.turkicstates.org/assets/pdf/haberler/secim-beyanati-ingilizce-2857-173.pdf