
Əfqanıstanın paytaxtı Kabil şəhərində kamikadze hücumu ilə partlayış törədilib.
Modern.az xəbər verir ki, bu barədə “Reuters” yerli rəsmilərə istinadən məlumat yayıb.
Ölkənin Xarici İşlər Nazirliyi yaxınlığında baş verən partlayış zamanı 6 nəfər həlak olub. Partlayış nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir.
Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.