BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Cümə axşamı , Avqust 22 2019

İxtisas seçimi: əksər abituriyentlər bu universiteti seçir


İxtisas seçimində abituriyentlərin əksəriyyəti birmənalı olaraq Azərbaycan Dövlət İqtisad Universitetinə üstünlük verir. Bu il sözügedən universitetə üstünlük verənlərin sayı daha da artıb.

Axar.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov ali təhsil müəssisələrinə ixtisas seçimi ilə bağlı danışarkən deyib.

Ekspert bildirib ki, ixtisas seçimi zamanı xüsusilə II ixtisas qrupu üzrə yüksək bal toplayan abituriyentlər problem yaşayıb:

“Onlar birmənalı olaraq seçimdə Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) üstünlük verirdi. Hətta bu ixtisas qrupu üzrə 100­-dən çox abituriyent elektron ərizəsində 15 ixtisas yerini yalnız UNEC-in ixtisasları ilə doldururdu. Bu, son illərdə həmin universitetdə həyata keçirilən islahatların, görülən işlərin, rektorun əlçatımlılığının, təhsilin keyfiyyətinin yüksəldilməsinin nəticəsidir”.

K.Əsədov bildirib ki, ixtisas seçiminin başa çatmasına bir gün qalmasına baxmayaraq, elektron ərizəsini təsdiq etməyənlər arasında UNEC-i qeyd edəcək abituriyentlər çoxdur.