BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Bazar ertəsi , Dekabr 16 2019

APOEL – “Qarabağ” cütünün Avroliqadakı rəqibi


“Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində APOEL səddini keçə bilməsə, yoluna Avropa Liqasında davam edəcək.

Qol.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, artıq Ağdam təmsilçisinin qitənin ikinci dərəcəli klub turnirindəki potensial rəqibləri də müəyyənləşib.

Qurban Qurbanovun komandası Kipr klubuna məğlub olsa, Avroliqanın pley-off mərhələsində “Sutyeska” (Çernoqoriya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. “Qarabağ” Avroliqaya düşsə, ilk oyununu səfərdə keçirəcək.

Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin oyunları avqustun 22-də və 29-da keçiriləcək.