Ərdoğanın namizədliyi üçün heç bir əngəl yoxdur

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik prezident Rəcəb Tayyib Ərdoğanın namizədliyi ilə bağlı bəzi müxalif kəsimlərin etirazına münasibət bildirib.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, o, Ərdoğanın namizədliyinin hüquqi prosedurlara uyğun olduğunu vurğulayıb.

 

“Prezidentimizin namizədliyinin qarşısında heç bir əngəl yoxdur. Hər şey üsuluna uyğun şəkildə olub, namizədlik üçün müraciət qaydalara müvafiq formada edilib”, – deyə Çelik bəyan edib.

 

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan 2014 və 2018-ci illərdə 2 dəfə Türkiyə prezidenti seçilib.

Mənbə

Share: