Aİ nümayəndəsi Rusiyanın qonşularına səfər edib

Avropa İttifaqının (Aİ) sanksiyalar üzrə xüsusi nümayəndəsi David Osallivan Rusiya ilə qonşu olan ölkələrə səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə “Sputnik” agentliyi məlumat yayıb.

 

Məlumata görə, xüsusi nümayəndə hazırda Qırğızıstandadır. O, daha sonra sonra Qazaxıstan, Özbəkistan, Gürcüstan və Ermənistana gedəcək.

 

Səfər zamanı Aİ nümayəndəsi ölkələrə Rusiyaya sanksiyalardan yan keçməmələri barədə xəbərdarlıq edir: “Biz istəməzdik ki, onlar sanksiyalardan yan keçmək üçün platformaya çevrilsinlər”

Mənbə

Share: