Pakistan Hindistan səfirini XİN-ə çağırdı

Pakistan Hindistanın İslamabaddakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.      

Milletinsesi.az. xəbər verir ki, bu məlumat Pakistan XİN-in rəsmi saytında yer alıb.

Məlumata görə, XİN-də səfirə Hindistanın Kəşmirə münasibətdəki fəaliyyəti ucbatından İslamabadın qəti etirazı çatdırılıb.

Qeyd edək ki, bundan öncə Hindistan prezidenti Kəşmirin ştatının xüsusi statusunun ləğvi haqqında əmr imzalayıb.

Share: