
“Təhsildə dini boşluqları doldurmaq lazımdır. Bu da qanunla tənzimlənir”.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində keçirilən “Azərbaycanda dövlət-din münasibətləri: real durum və perspektivlər” adlı toplantıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
“2009-cu ildən Azərbaycanda dini məbədlərdə çalışanlar Azərbaycan vətəndaşları olmalıdır. Xaricdə təhsil alarsa, müvafiq qurumun icazəsi ilə işləmək mümkün ola bilər. Əvvəlki illərdə bizim ölkədən olan vətəndaşları xaricə təhsilə cəlb ediblər. Həmin xaricdə təhsil alanların bir mənfi tərəfi təhsil aldığı ölkənin din modelini Azərbaycanda tətbiq etmək olub. Heç kimi yeni İslam qaydası yarada bilməz. Quran, İslam dəyişə bilməz. Müsəlman ölkələrinin din və dövlət modeli fərqlidir. Məsələn, Pakistanın və digər müsəlman ölkələrinin modelləri fərqlidir və həmin ölkələrdə uğurlu sayıla bilər. Azərbaycana qonşu olan müsəlman ölkənin din və dövlət modeli ölkəmizdə tətbiq edilərsə, problemlər yarana bilər. Başqa dövlət və din modelini ölkəmizə tətbiq edilməsinin qarşısını almaq lazımdır və bunun üçün çalışılmalıdır”, – deyə komitə sədri vurğulayıb.