
Ermənistan dövlət bayrağına hörmətsizliyə görə məsuliyyəti sərtləşdirəcək.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında məlumat verib.
“Bayrağın təhlükəsizliyinə dair tələblər dəyişmir. O, təmiz, zədələnməmiş və yerdən 2,5 m hündürlükdə yerləşməlidir. Bu tələblərin pozulmasına görə təxminən 120 dollar, vəzifəli şəxslər üçün isə 250 dollar məbləğində cərimə nəzərdə tutulur.
Müntəzəm olaraq qaydaları pozan məmurlar işdən azad edilməlidir. Həyətində və ya eyvanında bayraq sancmaq qərarına gələn sadə vətəndaşlar da nəzarətə götürüləcək”, – deyə Paşinyan bildirib.