Rusiya Ukraynaya müharibəyə Uzaq Şərq ölkəsindən xüsusi təyinatlı dəstə göndərməyə hazırlaşır

Rusiya Ukraynaya müharibəyə Uzaq Şərq ölkəsindən xüsusi təyinatlı dəstə göndərməyə hazırlaşır

“Biz həmişə döyüş meydanında Rusiya ordusunun, öz ölkəsinin şərəfi və ləyaqəti uğrunda döyüşən insanların yanında dayanacağıq…”

 

“Rusiya tərəfində döyüşə getmək xahişi ilə bir gündə 800 min əsgər ərizə yazıb…”

 

Şimali Koreya Rusiya ordusunun tərəfində Ukraynada müharibəyə qoşulmağa hazırdır.

 

Moderator.az xəbər verir ki, bu barədə Z-hərbi müxbir Aleksandr Sladkov bəyan edib. Məlumatı “Zvezda” nəşri yayıb.

 

Onun sözlərinə görə, Koreya Xalq Demokratik Respublikasından 50 min xüsusi təyinatlılar Rusiya sıralarını doldura bilər. 

 

Sladkov məlumat verib ki, o, bu informasiyanı Kim Çen Inın doğma bacısı ilə şəxsən söhbət edən “Koreya müharibəsi veteranlar şurası”nın sədri Andrey Şindən əldə edib.

 

Guya bacısı məlumat verib ki, bir gün ərzində Rusiya tərəfində döyüşə göndərilməsi xahişi ilə 800 min nəfər ərizə yazıb.

 

“O, belə deyib…Çin də Şimali Koreyaya 500 min nəfərdən ibarət olan və burada çalışa biləcək hər hansı özəl hərbi şirkət yaradılmasına razılıq verməlidir”, – Sladkov qeyd edib.

 

Bundan öncə Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çjon deyib ki, onun ölkəsi Ukrayna müharibəsində Rusiyanı dəstəkləyir.

 

“Biz həmişə döyüş meydanında Rusiya ordusunun və öz ölkəsinin ləyaqəti və şərəfi, suverenliyi və təhlükəsizliyi uğrunda döyüşən insanların yanında dayanacağıq”.

 

Ötən ilin dekabrında bəlli olub ki, Şimali Koreya Rusiyanın “Vaqner qrupu” özəl hərbi şirkəti üçün Ukraynada öz mövqelərini möhkəmlətməyə kömək məqsədilə silah tədarük edib.

 

Ukrayna cəbhəsinə xaricdən döyüşçülərin yığılması barədə məlumatlar Kremlin daha 400 min nəfəri döyüşə göndərmək planları fonunda meydana çıxır. 

 

Lakin Britaniya kəşfiyyatı Rusiya Müdafiə Nazirliyinin bu qədər rusiyalını kampaniya çərçivəsində cəlb edə biləcəyini şübhə altına alıb.

 

“Rusiya hakimiyyəti, ehtimal ki, “könüllülük modeli”ni seçib ki, kadr qıtlığını doldursun və daxili narazılığı minimuma endirsin. Kampaniya zamanı 400 min əsl könüllünün cəlb ediləcəyi az ehtimal edilir.

 

Lakin Rusiyanın Ukraynadakı müharibədə döyüş gücünün bərpası üçün təkcə kadlar yetərli deyil. Orduya indikindən daha çox döyüş sursatı və hərbi texnika lazımdır”, – Böyük Britaniya Müdafiə Nazirliyinin hesabatında deyilir.

Mənbə

Share: