
İraq türkmənlərinin Türkməneli Dərnəklər Federasiyasının sədri Mehmet Tütüncü Mart soyqırımı ilə bağlı paylaşım edib.
Modern.az xəbər verir ki, siyasətçi bu barədə feysbuk səhifəsində yazıb.
“Azərbaycanın dərdi Türkmənelinin dərdidir. Dinməyən acımız! 31 mart 1918-ci ildə ermənilər tərəfindən qəddarca həyata keçirilən soyqırımı ilə minlərlə Azərbaycan türkü həyatını itirmişdir. Bəşəriyyətin unudulduğu, vicdanların quruduğu bu qara günün 105-ci ildönümündə şəhadətə yürüyən soydaşlarımızı sayğı, minnət və rəhmətlə anıram. Ruhları şad, məkanları cənnət olsun”, – deyə o qeyd edib.