Türkiyənin daxili işlər naziri İYİ Partiyanın İstanbul vilayət təşkilatının binasına silahlı hücuma münasibət bildirib.
Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, o, hadisəni təxribat adlandırıb.
“İYİ Partiyanın binasına hücum təxribatdır. Olayın səbəbini aydınlaşdırmaq üçün polisimiz təhqiqat aparır. Hadisəni törədən şəxs və ya şəxslər ən yaxın zamanda tapılacaq. Səbəb müəyyən olunmadan bu olay üzərindən ittihamlar səsləndirmək siyasi fürsətçilik və provokasiyadır”, – deyə nazir söyləyib.
Qeyd edək ki, naməlum şəxs və ya şəxslər partiya binasının pəncərələrini gülləboran edib. Hadisəni törədənlər ərazidən qaçmağı bacarıb.