Rusiya 100 yaşayış məntəqəsini vurdu

Ötən sutka Rusiya qoşunları Ukraynanın 9 vilayətində yüz yaşayış məntəqəsini atəşə tutub. 

​​​

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Media Mərkəzi məlumat yayıb.

 

​​​​Məlumata görə, zərbələr nəticəsində 7 nəfər ölüb, 12 nəfər yaralanıb.

 

Rusiya ordusu ümumilikdə 100 yaşayış məntəqəsini müxtəlif növ silahlardan atəşə tutub.

Mənbə

Share: