Xəzər dənizinin Qazaxıstan tərəfdən görüntüləri yayılıb.
Modern.az xəbər verir ki, video qazaxıstanlı bloger tərəfindən çəkilib.
Videoda Xəzərin həddindən artıq dayazlaşdığı görünür. Videonun Qazaxıstanın Xəzər sahilində yerləşən Manqiştau bölgəsində çəkildiyi bildirilir.
Ekspertlər qeyd edir ki, qlobal iqlim dəyişikliyi ilə əlaqədar Xəzər dənizi sürətlə dayazlaşır. 2005-ci ildən Xəzərdə suyun səviyyəsi bir metr yarım aşağı düşüb. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi bütün Xəzəryanı ölkələr üçün böyük ekoloji problemdir.
Qazaxıstanın “Zakon.kz” nəşri qeyd edir ki, 2019-2020-ci illərdə dayazlaşma prosesi sürətlənib: “Dəniz çox sürətlə geri çəkilib. İstirahət edən şəxslərin suya girdikləri körpülər indi tamamilə qurudadır”.
Qazaxıstan alimləri dayazlaşmanın əsas səbəbi kimi yağıntıların azalmasını göstərirlər. Bundan əlavə, Volqaya axan kiçik çaylar artıq əvvəlki kimi sulu deyil.
Həmin görüntüləri təqdim edirik: