Hansı partiyalar maliyyə hesabatı verib?

Mərkəzi Seçki Komissiyası (MSK) 2022-ci il üzrə maliyyə hesabatını təqdim edən siyasi partiyaların ilkin siyahısını dərc edib.

 

Modern.az-ın məlumatına görə, Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış partiyalardan 37-si illik maliyyə hesabatını təqdim edib.

 

2022-ci il üzrə maliyyə hesabatını təqdim edən partiyalar bunlardır:

 

  1. Yeni Azərbaycan Partiyası
  2. Müstəqil Xalq Partiyası 
  3. Azərbaycan Təkamül Partiyası
  4. “Milli Vəhdət” Partiyası
  5. Vətəndaş Həmrəyliyi Partiyası
  6. Demokratik İslahatlar Partiyası
  7. Azərbaycan Demokratik Maarifçilik Partiyası
  8. Böyük Quruluş Partiyası
  9. Cümhuriyyət Xalq Partiyası 
  10. Klassik Xalq Cəbhəsi Partiyası
  11. “Ana Vətən” Partiyası 
  12. Azərbaycan Liberal Demokrat Partiyası 
  13. Azərbaycan Xalq Partiyası
  14. “Qorqud” Partiyası
  15. “Ədalət” Partiyası
  16. Müsavat Partiyası
  17. Milli Cəbhə Partiyası
  18. Vətəndaş və İnkişaf Partiyası 
  19. “Yeni Yol” Partiyası
  20. Milli Dirçəliş Hərəkatı Partiyası 
  21. Yeni Zaman Partiyası 
  22. Müasir Musavat Partiyası
  23. Milli Həmrəylik Partiyası
  24. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
  25. Azərbaycan Milli İstiqlal Partiyası
  26. “Birlik” Partiyası
  27. Azərbaycan Demokrat Partiyası
  28. Azərbaycan Ümid Partiyası
  29. Ağ Partiyası
  30. Azad Vətən Partiyası
  31. Vəhdət Partiyası
  32. Böyük Azərbaycan Partiyası
  33. Azərbaycan Sosial Demokrat Partiyası
  34. Azərbaycan Sosial Rifah Partiyası
  35. Respublikaçı Alternativ (REAL) Partiyası
  36. Azərbaycan Xalq Cəbhəsi Partiyası
  37. Vətəndaş Birliyi Partiyası

 

Qeyd edək ki, Azərbaycanda dövlət qeydiyyatına alınmış 59 siyasi partiyadan 6-si bu il fəaliyyətini dayandırmaq qərarına gəlib. Hazırda faktiki olarq, 53 partiya fəaliyyət göstərir ki, onlardan 37-si bu günədək MSK-ya maliyyə hesabatı verib. 

 

Onu da bildirək ki, siyasi partiyalar qanunvericiliyə uyğun olaraq, yanvarın 1-dən aprelin 1-dək MSK-ya hesabat verməlidirlər. 

Mənbə

Share: