Rusiyanın Şimali Qafqaz bölgəsində zəlzələ qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Stavropol diyarının mərkəzi Pyatiqorskdan 99 km məsafədə olan zəlzələ 4,3 gücündə olub.
15 km dərinlikdə qeydə alınan zəlzələ Kislovodsk, Georgiyevsk, Yessentuki və Mineralnıye Vodıda hiss olunub.