“Qəbələ” daha bir meneceri ilə yolları ayırdı

“Qəbələ”nin meneceri Səməd Nəsibov klubdan ayrılıb.

Milletinsesi.az-ın Qol.az-a istinadən  xəbərinə görə, bu haqda o, özünün Feysbuk səhifəsində yazıb.

Qeyd edək ki, Səməd Nəsibov klubda marketinq məsələləri üzrə menecer vəzifəsində çalışıb. O, bundan sonra hansı sahədə fəaliyyət göstərəcəyini bilmədiyini də yazıb.

Xatırladaq ki, daha əvvəl “Qəbələ”nin başqa bir meneceri Səbuhi Səfiyarlı ilə də yolları ayırmışdı.

Share: