Səudiyyə Əsədi Ərəb Liqasına çağıracaq?

Suriya prezidenti Bəşər Əsəd Ərəb Dövlətləri Liqasının Səudiyyə Ərəbistanında keçiriləcək sammitinə qatıla bilər.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, sammit Səudiyyənin paytaxtında 19 mayda baş tutacaq.

 

Məlumata görə, Ər-Riyad Əsədi tədbirə çağırmağı düşünür. Hələlik mövzu ilə bağlı rəsmi açıqlama yoxdur.

Mənbə

Share: