Saakaşvilinin səhhəti barədə danışmaq yorucu və darıxdırıcıdır

Gürcüstan ombudsman aparatının həkimlər şurası bu gün sabiq prezident Mixail Saakaşviliyə baş çəkib.

 

Modern.az xəbər verir ki, bu barədə “Sputnik Georgia” məlumat yayıb.

 

Saakaşvilinin müalicə aldığı Vivamed klinikasının direktoru Zurab Çxaidzenin sözlərinə görə, onların müalicə planı və ya eks-prezidentin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi ilə bağlı heç bir fikir ayrılığı olmayıb.

 

“Heç bir xüsusi dəyişiklik olmayıb. Nə nevroloji, nə də fizioloji parametrlər dəyişməyib. Ailə üzvləri çəki ilə bağlı bir şey deyirlər, reallıq isə başqadır. Bu haqda danışmaq çox yorucu və darıxdırıcıdır”, – deyə həkim söyləyib.

Mənbə


Warning: Trying to access array offset on false in /www/wwwroot/WordPress/milletinsesi.az/wp-content/themes/clean-grid-pro/inc/functions/share-buttons.php on line 61
Share: