İlk “Togg” elektromobili Ərdoğana verildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana yerli istehsal olan “Togg” elektromobili təqdim olunub. 

 

Modern.az xəbər verir ki, bu barədə Ərdoğan özünün sosial şəbəkə hesabında məlumat yayıb.

 

Ərdoğan bildirib ki, elektromobili ilk özü təhvil verdiyi üçün maşının ilk nümunələri ona təqdim edilib.

 

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin yerli istehsalı olan ikinci “Togg” elektromobilinin Azərbaycan lideri İlham Əliyevə veriləcəyini açıqlamışdı.

Mənbə


Warning: Trying to access array offset on false in /www/wwwroot/WordPress/milletinsesi.az/wp-content/themes/clean-grid-pro/inc/functions/share-buttons.php on line 61
Share: