Generallar Ukraynaya silah yardımını müzakirə etdi 

Generallar Ukraynaya silah yardımını müzakirə etdi 

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Millli ilə növbəti telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Zalujnı özünün “Telegram” kanalında məlumat yayıb.

 

“Mən cəbhə xəttindəki vəziyyət barədə danışdım. Vəziyyət çətin olsa da, nəzarət altındadır”, – o qeyd edib.

 

Danışıqlar zamanı tərəflər silah və sursatların tədarükü məsələsinə xüsusi diqqət yetiriblər.

Mənbə

Share: